SOCAR İstiqrazları bahalaşır

SOCAR İstiqrazları bahalaşır
# 27 oktyabr 2016 15:33 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) alğı-satqı əməliyyatları davam edən SOCAR İstiqrazlarının qiyməti bir qədər də bahalaşıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hər birinin nominal dəyəri 1000 ABŞ dolları təşkil edən istiqrazların satış qiyməti 1% bahalaşaraq, 1 010.00 dollara qədər yüksəlib.

Xatırladaq ki, SOCAR İstiqrazlarının təkrar bazarına oktyabrın 18-dən başlanılıb. Hazırda Dövlət Neft Şirkətinin dövriyyədə olan 100 min istiqrazının hər birinin nominal dəyəri 1000 ABŞ dollarıdır. SOCAR İstiqrazlarının gəlirliliyi illik 5%-dir və faizləri hər 3 aydan bir ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR