İngiltərədə elektrik stansiyasında yanğın baş verib

İngiltərədə elektrik stansiyasında yanğın baş verib
# 06 mart 2018 02:34 (UTC +04:00)

İngiltərənin Soltbern şəhərində elektrik stansiyasında yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğına yeraltı kabel xətlərinin nasazlığı səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, İngiltərənin şimal-şərqində Soltbern daxil olmaqla üç şəhər elektrik enerjisiz qalıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR