"Gilan Holding" RecExpo-da iştirak edəcək

 "Gilan Holding" RecExpo-da iştirak edəcək
# 24 noyabr 2017 07:00 (UTC +04:00)

"Gilan Holding" 3-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo) iştirak edəcək.

28-30 noyabr tarixlərində keçiriləcək sərgidə "Gilan Holding" öz stendi ilə təmsil olunacaq.

Sərgi iştirakçıları "Gilan Holding"-in artıq həyata keçirdiyi, inşasını hələ davam etdirdiyi və reallaşdırmasını planlaşdırdığı daşınmaz əmlak layihələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Stenddə "Crescent", "Mirvari Park", "Premier Residence", "Lökbatan Residence" və digər layihələr haqqında məlumat əldə etmək mümkün olacaq.

Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri olan RecExpo-da yerli və xarici əmlak, tikinti və investisiya şirkətləri iştirak edirlər. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan sərmayələrin həcminin artırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR