Mərkəzləşdirilmiş Kredit Reyestri “Elektron Hökumət” portalına inteqrasiya ediləcək

Mərkəzləşdirilmiş Kredit Reyestri “Elektron Hökumət” portalına inteqrasiya ediləcək
# 11 sentyabr 2015 09:47 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu MHM-in direktoru Nail Mərdanov deyib.

Onun sözlərinə görə, bununla bağlı təmsil etdiyi qurumla Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti arasında danışıqlar aparılır.

Bundan başqa, MHM-in 2008-ci ildən indiyədək vətəndaşın Mərkəzi Bank üzərindən apardığı onlayn ödənişlər barədə çıxarış verə bilməsi istiqamətində iş gedir.

“Bu arayışlar portala əlavə olunduqdan sonra vətəndaşın ödəyicilik qabiliyyəti, götürdüyü kreditin qaytarılması riskinin müəyyən olunması və sair məlumatlar banklar üçün əvəzolunmaz olacaq”, - deyə N. Mərdanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR