Liviyada hasilatın artması nefti ucuzlaşdırır, treyderlərin diqqəti ABŞ-a yönəlib

Liviyada hasilatın artması nefti ucuzlaşdırır, treyderlərin diqqəti ABŞ-a yönəlib
# 04 aprel 2017 07:37 (UTC +04:00)

Ötün gün baş verən ucuzlaşmadan sonra bugünkü ticarət sessiyasının açılışında neftin qiymətlərində stabillik müşahidə olunmaqdadır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 50,24 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% azalaraq 53,11 dollar olub.

Ötən gün Liviyanın ən iri neft yatağı olan əş-Şararda hasilatın bərpa olunduğu məlum olub. "Interfax" "MarketWatch"a istinadən yazır ki, bunadək fors-major hadisələr səbəbindən Liviyada sutkalıq hasilat 220 min barrelədək enib. OPEC və kartelə daxil olmayan ölkələrin hasilatın azaldılmasına yönələn səyləri fonunda Liviyada istehsalın artmasının cüzi olmasına baxmayaraq, treyderlər bazarda balansın pozulmasından narahatdır.


Hazırda bazar iştirakçılarının diqqəti ABŞ-ın Energetika Nazirliyinə yönəlib. Çərşənbə günü qurum ölkənin neft ehtiyatları ilə bağlı statistikanı açıqlayacaq. "S&P Global Platts"ın keçirdiyi sorğuda iştirak edən ekspertlər həftə ərzində ABŞ-ın neft ehtiyatlarının 200 min barel azalacağını proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR