ÜST: Suriyada kimyəvi hücum nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb

ÜST: Suriyada kimyəvi hücum nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb
# 07 aprel 2017 11:26 (UTC +04:00)

Suriyanın Han-Şeyhun şəhərində kimyəvi hücum nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb, 545 nəfər zərər çəkib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç deyib.

Bu haqda məlumatın qurumun İdlibdəki ofisindən göndərildiyini deyən T. Yazareviç bildirib ki, ölənlər arasında 27 uşaq var.

Qeyd edək ki, Han-Şeyhun şəhərində kimyəvi hücuma cavab olaraq ABŞ Suriya ordusuna məxsus aviabazaya raket zərbələri endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR