"İrəli" İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib

"İrəli" İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib
# 19 dekabr 2016 09:26 (UTC +04:00)

Bu gün "İrəli" İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib.


APA-nın məlumatına görə, konfransda Mirhəsən Seyidov yenidən "İrəli" İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.

M. Seyidov çıxışında deyib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə unikal gənclər siyasəti aparılır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini bildirib: “Onların arasında "İrəli" İctimai Birliyi cəmi 8 ildir ki, fəaliyyət göstərsə də, bu müddət ərzində uğurlu nəticələrə nail olub".

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə aparan, xaos yaratmağa çalışan qüvvələr gənclərdən istifadə edib: "Bu gün isə ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin həm fərdi inkişafına, həm də təşkilatlanmasına imkan yaradıb. Gənclər təşkilatları QHT sektorunda ən öncül təşkilatlardır. İnanıram ki, "İrəli" İctimai Birliyi gələcəkdə daha böyük uğurlar qazanacaq".

Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev fondun "İrəli" İctimai Birliyini özünün ən yaxşı tərəfdaşlarından biri hesab etdiyini söyləyib: “Bundan sonra da əməkdaşlığımız davam edəcək".

Sonda bir sıra gənclər təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR