Daşkəsən sakini bıçaqlanıb

Daşkəsən sakini bıçaqlanıb
# 26 fevral 2017 10:09 (UTC +04:00)

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev İntiqam Məmməd oğlu sağ qolunun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncədə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.

İ. Əliyevin dava zamanı qohumu tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR