İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 6-ya çatıb

İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 6-ya çatıb
# 22 yanvar 2017 22:33 (UTC +04:00)

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən axşam xilasedicilər qarın altından daha bir nəfərin meyitini çıxarıblar.

Bundan əvvəl hadisə nəticəsində 5 nəfərin öldüyü bildirilirdi, 23 nəfər itkin düşmüş hesab edilir.

Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Yanvarın 19-da baş verən qar uçqununun güclü zəlzələnin fəsadlardan biri olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR