Azərbaycanda ana südü ilə qidalanma 2 dəfə artıb

Azərbaycanda ana südü ilə qidalanma 2 dəfə artıb
# 02 oktyabr 2017 08:42 (UTC +04:00)

Azərbaycanda ana südü ilə qidalanma 2 dəfə artıb.

APA-nın xəbərinə görə, Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib ki, bu gündən Azərbaycanda ana südü ilə qidalanma həftəsi başlayıb.

Bir həftə ərzində ölkədə keçiriləcək tədbirlərdə ana südünün əhəmiyyəti barədə ətraflı məlumat veriləcək. Onun sözlərinə görə, bu tədbirlərin keçirilməsində məqsəd ana südünün həm körpə, həm də ana üçün əhəmiyyətini əhaliyə çatdırmaqdır.

N. Quliyev qeyd edib ki, Azərbaycanda ana südü ilə qidalanmada 2 dəfə irəliləyişlərə nail olunub: "Əgər 1991-ci ildə ölkədə 1 yaşa qədər uşaqlar arasında ana südü ilə qidalanma 25% idisə, bu gün göstərici 50%-dir. Bölgələrdə bu göstərici 50%-dən də yüksəkdir. Gələcəkdə bu rəqəmlərin daha da artırılması gözlənilir. Süni qidalar körpələrə yalnız həkim göstərişi ilə verilməlidir. Süni qidalardan istifadə və onların əsassız reklamından uzaq durmaq lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR