Kiyev Donbasdakı münaqişəyə görə Rusiyanın 1700-dən çox vətəndaşının Ukraynaya girişinə qadağa qoyub

Kiyev Donbasdakı münaqişəyə görə Rusiyanın 1700-dən çox vətəndaşının Ukraynaya girişinə qadağa qoyub
# 11 sentyabr 2015 03:43 (UTC +04:00)

Bakı-APA. Ukrayna Donbasdakı münaqişəyə görə Rusiyanın 1700-dən çox vətəndaşının ölkəyə girişinə qadağa qoyub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.

“Hazırda 1700-dən Rusiya vətəndaşının Ukrayna ərazisinə girişinə qadağa qoyulub”, deyə məlumatda bildirilir.

Məlumata görə, Kiyev Rusiya vətəndaşlarına qarşı məhdudiyyət tədbirlərini və sanksiyaları 2014-cü ilin mart ayından tətbiq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR