"Schneider Electric" Azərbaycanda hüquqi adını dəyişib - YENİLƏNİB

"Schneider Electric" Azərbaycanda hüquqi adını dəyişib - <span style="color: red;">YENİLƏNİB
# 19 oktyabr 2017 11:39 (UTC +04:00)

"Schneider Elektrik Sanayi ve Ticaret A. Ş." Azərbaycandakı filialı ləğv olunmasına münasibət bildirib.

Şirkətdən "APA-Economics"ə daxil olan məlumatda deyilir ki, ölkəmizdə 1994-cü ildən fəaliyyətini başlayan dünya miqyasında enerjinin idarə olunması üzrə ixtisaslaşan və 100-dən çox ölkədə fəaliyyət göstərən "Schneider Electric" əməliyyatlarını genişləndirərək Azərbaycanda hüquqi adını dəyişib, 18 oktyabr 2017-ci il tarixindən etibarən "Schneider Electric Middle East Projects" kimi davam etdirəcək.

"Schneider Electric" şirkətinin Mərkəzi Asiya üzrə prezidenti Emrah Tekdemir deyib ki, şirkət Azərbaycanda sürətli inkişafı görməkdən məmnunluq duyur və enerji idarəetməsi sahəsində öz məhsul və texnologiyalarını təklif edərək həmin yüksəlişə töhfə vermək niyyətindədir: "Azərbaycandakı uğurumuzun davamı olaraq biz Bakını Orta Asiya ölkələrində fəaliyyətimizin mərkəzi kimi müəyyənləşdirdik. Bu da öz növbəsində dünyada tanınmış şirkətinin fəaliyyətində Azərbaycanın xüsusi rolunu bir daha vurğulayır".

*** 18 oktyabr 10:30

"Schneider Elektrik Sanayi ve Ticaret A. Ş."-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında dərc olunan elanda deyilir.

Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ("Demirchi Plaza") ünvanına bildirə bilərlər.

Fransanın "Schneider Electric" şirkəti 1836-cı ildən etibarən fəaliyyət göstərir və hazırda dünyanın ən iri sənaye şirkətlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR