Xaçmazda avtomobil eşşək arabası ilə toqquşub, xəsarət alan var

Xaçmazda avtomobil eşşək arabası ilə toqquşub, xəsarət alan var
# 11 iyul 2017 10:36 (UTC +04:00)

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Ağyazı kəndi ərazisində “Skoda” markalı avtomobil kənd yolunda hərəkət edən eşşək arabasını vurub.

Nəticədə arabada olan 1959-cu il təvəllüdlü Hacıyev Qaçaq Nəriman oğlu müxtəlif dərəcəli xəsarət alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR