Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub
# 19 noyabr 2016 07:35 (UTC +04:00)

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu A. Gəraybəyli küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən yataqxana binasının ikinci mərtəbəsində yerləşən, ümumi sahəsi 28 kv/m ərazisi olan mənzildə baş verən yanğın nəticəsində evin 6 kv/m sahəsi yanıb, 1 ədəd televizor yüksək temperaturdan əriyib. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerində cəlb olunan yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğın baş verən yataqxana binasında məcburi köçkünlər məskunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR