Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub - YENİLƏNİB

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub - <span style="color: red;">YENİLƏNİB
# 06 sentyabr 2017 20:28 (UTC +04:00)

Zaqataladan 43 km cənubda Gürcüstan ərazisində zəlzələ baş verib.

APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, 4.1 maqnitudalı zəlzələ 17 km dərinlikdə qeydə alınıb.

Yerli vaxtla saat 21:43-də baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.

***

22:06

Azərbaycanda zəlzələ olub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, zəlzələ bu gün saat 21.45 radələrində baş verib.

Yeraltı təkanlar Zaqatala və Qax rayonlarının ərazisində hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR