ABŞ-da mikroavtobusla minik avtomobili toqquşub, 17 nəfər xəsarət alıb

ABŞ-da mikroavtobusla minik avtomobili toqquşub, 17 nəfər xəsarət alıb
# 30 oktyabr 2016 22:45 (UTC +04:00)

ABŞ-ın Şimali Karolina ştatında ağır yol qəzası baş verib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, Virciniya ştatına yollanan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində azı 17 nəfər xəsarət alıb. Yaralılar helikopterlərlə xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR