“Müsəlman Birliyi” hərəkatının sədr müavini və üzvlərinin məhkəməsi davam etdirilib

“Müsəlman Birliyi” hərəkatının sədr müavini və üzvlərinin məhkəməsi davam etdirilib
# 03 fevral 2017 14:53 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Ağaəli Yəhyayevə məxsus olan və istintaq orqanı tərəfindən maddi sübut kimi götürülən avtomobilin onun ailə üzvlərinə qaytarılması barədə vəsatət müzakirə edilib. A. Yəhyayev bildirib ki, övladı xəstə olduğu üçün maşını satıb, müalicəyə xərcləmək istəyirlər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxslərdən Nahid Qəhrəmanov ifadə verib. O, bildirib ki, ittihamlar yanlışdır: “Bizim terrorla heç bir əlaqəmiz olmayıb. Vətənpərvər insanlarıq”.


Daha sonra təqsirləndirilən şəxslərdən Əmirəli Əliyev ifadə verib. Bildirib ki, onu oğlanları və qardaşı oğlu ilə birlikdə həbs ediblər: “Dedim, cavanları buraxın, məni tutun. Heç nədən xəbərim yoxdur. Nə deyiblərsə, oğlanlarıma görə imzalamışam. Mən ticarətçi və sürücü olmuşam, terrorçu deyiləm”.

Proses fevralın 10-da davam edəcək.

Qeyd edək ki, adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Elçin Qasımov isə Nardaran hadisələrindən öncə - noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR