ABŞ Cənubi Koreyadan Pan Qi Munun qardaşını həbs etməyi tələb edib

ABŞ Cənubi Koreyadan Pan Qi Munun qardaşını həbs etməyi tələb edib
# 21 yanvar 2017 00:25 (UTC +04:00)

ABŞ hökuməti rəsmi Seula müraciət edərək sabiq BMT baş katibi Pan Qi Munun qardaşını həbs etməyi tələb edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun ABŞ ekstradisiya ediləcəyi gözlənilir.

Sabiq BMT baş katibinin qardaşı Pan Qi San Cənubi Koreyanın “Keangnam Enterprises” inşaat şirkətində baş müşavir vəzifəsində çalışıb.

Yanvarın 10-da Nyu-Yorkda Pan Qi Sana qarşı korrupsiya ittihamı irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR