Azərbaycan Gürcüstandan idxalı 2,5 dəfə artırıb

Azərbaycan Gürcüstandan idxalı 2,5 dəfə artırıb
# 21 fevral 2017 08:09 (UTC +04:00)

Cari ilin yanvar ayı ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 73 mln. 361,9 min dollar təşkil edib. "APA-Economics" Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 20 mln. 788,7 min dollar və ya 39,54% çoxdur.


Gürcüstanın xarici ticarət dövriyyəsinin 11,3%-i Azərbaycanın payına düşür.


Ötən ay ərzində Gürcüstandan Azərbaycana 9 mln. 341,6 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da illik ifadədə 5 mln. 527,6 min dollar və ya 2,45 dəfə çoxdur. Gürcüstanın ixracının 5,3%-i Azərbaycanın payına düşür.

Bu ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 64 mln. 20,3 min dollar dəyərində məhsul idxal edib ki, bu da 2016-cı ilin yanvar ayı ilə müqayisədə 15 mln. 261,1 min dollar və ya 31,30% çoxdur. Gürcüstanın idxalının 13,5% Azərbaycanın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR