Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb

Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
# 15 yanvar 2017 14:07 (UTC +04:00)

Bu gün Yeni Zelandiyada Böyük Britaniya və ABŞ-dan turistlərin olduğu avtobus 10 metr yüksəklikdən dərəyə düşüb.

APA-nın məlumatına görə, bu barədə “New Zealand Herald” qəzeti məlumat yayıb.

Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü olub. Qəzada 4 nəfər ciddi xəsarət alıb və vertolyotla xəstəxanaya aparılıb. Digər xəsarət alanlara da tibbi yardım göstərilib.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR