Bakıda evdə partlayış olub, xəsarət alan var

Bakıda evdə partlayış olub, xəsarət alan var
# 17 yanvar 2017 08:07 (UTC +04:00)

Sabunçu rayonunun Maştağa qəsəbəsində evdə partlayış olub. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, yanvarın 16-da saat 20 radələrində qəsəbədə yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə pəncərə şüşələri sınıb, oradakı əşyalar yanıb, yanıq xəsarəti alan S. Seyidov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR