FHN-də Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş mərasim keçirilib

FHN-də Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş mərasim keçirilib
# 10 may 2018 15:55 (UTC +04:00)

Mayın 10-da Fövqəladə Hallar Nazirliyində Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə nazirliyin kollektivi Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

FHN-in inzibati binasında keçirilən mərasim Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin həyat yolundan, tarixi xidmətlərindən danışaraq qeyd edib ki, ölkəmizin bugünkü inkişafına və çiçəklənməsinə görə dahi rəhbərə borcluyuq. Cəmiyyətin bütün sahələrindəki intensiv inkişafın əsası ulu öndərin istər 1969-82-ci illərdə ölkəmizə rəhbərlik etdiyi illərdə, istər 1982-87-ci illərdə SSRİ rəhbərliyində təmsil olunduğu vaxt, istərsə də 1993-cü ildən sonrakı fəaliyyəti dövründə atdığı möhkəm özüllərin sayəsində qoyulub, Azərbaycan Respublikası regionun iqtisadi cəhətdən qüdrətli dövlətinə, beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə çevrilib. Nazir xüsusilə vurğulayıb ki, hələ SSRİ vaxtında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olub, nəticədə böyük tarixi şəxsiyyət bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarını məharətlə qoruyub.

Heydər Əliyevin “Nə qədər ki, Azərbaycan var, mən də varam“ sözlərini xatırladan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Ümummilli liderin şah əsəri olduğunu deyərək bildirib ki, cəmiyyətimizin bütün sahələrində Heydər Əliyevin izlərini görmək mümkündür və heç şübhəsiz ki, gələcək nəsillər də dahi rəhbərin böyük və misilsiz xidmətlərini dərin ehtiramla yad edəcək. Azərbaycanın siyasi, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlərin Heydər Əliyevin müdrik siyasi kursunun davam etdirilməsi nəticəsində əldə olunduğuna diqqəti çəkən nazir Prezident İlham Əliyevin sözügedən xəttin alternativsiz davamçısı olduğunu nəzərə çatdırıb. Məhz İlham Əliyevin düşünülmüş və hərtərəfli siyasəti nəticəsində Azərbaycan Respublikası bütün dünyada regionun qüdrətli dövləti, iri investor şirkətlərini özünə cəlb edən dayanıqlı inkişafa malik bir ölkə kimi tanınır.

Fövqəladə hallar naziri bildirib ki, Ümummilli lider digər sahələrdə olduğu kimi təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı mühafizəsinin təşkil olunması üçün də konkret işlər görüb, müasir xilasetmə texnika və avadanlıqlarının alınmasını, xilasedici mütəxəssislərin hazırlanmasını diqqət mərkəzində saxlayıb, bu sahədə mühüm qərarlar qəbul edib. Qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin yaradılması da Ulu öndərin ideyası olub və 2005-ci ildə Prezident İlham Əliyev bu ideyanı yüksək səviyyədə gerçəkləşdirərək mükəmməl hüquqi-normativ bazaya malik, maddi-texniki avadanlıqlarla təchiz olunub, müasir standartlara uyğun qurum yaradıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün böyük tarixi şəxsiyyətin irsini yaşadıb təbliğ edərək bütün dünyaya tanıdan Heydər Əliyev Fondunun və onun rəhbəri Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərindən danışmışdır.

Kəmaləddin Heydərov əminliklə vurğulayıb ki, FHN-in kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.

Mərasimdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli Ümummilli liderin anadan olmasının 95 illiyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə eyni ilə təsadüf etdiyini vurğulayaraq bildirib ki, Heydər Əliyev ömrünün yarısından çoxunu dövlətçilik ənənələrinin qorunmasına, dövlət quruculuğuna həsr edib, onun titanik fəaliyyəti bu ənənələrin davamı və dövlətin əbədi olmasına yönəlib. Natiq Ümummilli liderin ölkəmizdə demokratik təsisatların və hüquqi dövlətin qurulması ilə bağlı aparılan islahatları xatırladaraq məhz Heydər Əliyevin uzaqgörənliyi nəticəsində müxtəlif xarici təhdidlərə və təhlükələrə baxmayaraq, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin təmin olunduğunu, iqtisadi uğurların əldə edildiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR