Lerikdə 46 yaşlı piyadanı maşın vurub

Lerikdə 46 yaşlı piyadanı maşın vurub
# 23 dekabr 2016 14:24 (UTC +04:00)

Lerikdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Lerik Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 23-ə saat 16.00 radələrində rayonun Piran kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 58 yaşlı Salamat İsa oğlu Nuriyevin idarə etdiyi "VAZ-2106" markalı, 43 BD 114 dövlət nömrə nişanlı minik avtomobili geriyə manevr edərkən rayonun Davradibi kənd sakini, 46 yaşlı Vüqar Şirməmməd oğlu Rzayevi vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sürücü dərhal öz maşınında xəsarət alan şəxsi Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Burada ona zəruri tibbi yardım göstərilib və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR