Masallıda ev yanıb

Masallıda ev yanıb
# 29 noyabr 2016 04:44 (UTC +04:00)

Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Təklə kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 18 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR