Gəncədə iki avtomoibl toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomoibl toqquşub, xəsarət alanlar var
# 02 oktyabr 2017 05:24 (UTC +04:00)

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində iki şəhər sakini, 1963-cü il təvəllüdlü Allahverdiyeva Tahirə və 2002-ci il təvəllüdlü Röyal Adıgözəlov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR