Tərtər sakini bədbəxt hadisə nəticəsində ölüb

Tərtər sakini bədbəxt hadisə nəticəsində ölüb
# 08 aprel 2017 10:11 (UTC +04:00)

Tərtər rayonunda ölümlə nəticələnən hadisə baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Balakəngərli kəndində kənd sakini Elman Ağayev həmkəndlisi Pərvin Vahidzadənin idarə etdiyi “MTZ-80” markalı traktorun qoşqusuna minmək istəyərkən yıxılaraq təkərin altında qalıb.

O, hadisə yerində ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR