Azərbaycanda maşın avadanlıqları və onların hissələrinin idxalı artıb

Azərbaycanda maşın avadanlıqları və onların hissələrinin idxalı artıb
# 23 iyul 2018 11:52 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 1 mlrd. 112 mln. 400,19 min ABŞ dolları dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, məbləğ baxımından 2017-ci ilin 6 ilə müqayisədə 366 min 576,95 manat və ya 49,15% dəfə çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 745 mln. 823,24 min dollar dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 23,87%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR