Gürcüstan Azərbaycanla ticarət dövriyyəsini 44% artırıb

Gürcüstan Azərbaycanla ticarət dövriyyəsini 44% artırıb
# 19 aprel 2017 11:34 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 207 mln. 389 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 63 mln. 617,2 min dollar və ya 44,25% çoxdur.

"APA-Economics" Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikaya istinadən xəbər verir ki, qonşu ölkənin xarici ticarət dövriyyəsinin 9,1%-i Azərbaycanın payına düşür.

Ötən üç ay ərzində Gürcüstandan Azərbaycana 31 mln. 222,1 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da illik ifadədə 13 mln. 898,5 min dollar və ya 80,23% çoxdur. Gürcüstanın ixracının 5,4%-i Azərbaycanın payına düşür.

Bu ilin birinci rübü ərzində Gürcüstan Azərbaycandan 176 mln. 166,9 min dollar dəyərində məhsul idxal edib ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 49 mln. 718,7 min dollar və ya 39,32% çoxdur. Gürcüstanın idxalının 10,3%-i Azərbaycanın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR