ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərara alıb

ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərara alıb
# 18 noyabr 2016 14:39 (UTC +04:00)

ABŞ prezidenti Barak Obama və Avropa Birliyinin liderləri Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanılması barədə razılığa gəliblər.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Berlində keçirilən görüşdə müttəfiqlər qərara alıb ki, Rusiya Minsk razılaşmalarının öz üzərinə düşən hissəsini yerinə yetirənədək sanksiyalar qüvvədə qalmalıdır.

Görüşdə Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın baş nazirləri – Angela Merkel, Tereza Mey, Matteo Renzi, Mariano Rahoy, eləcə də Fransa prezidenti Fransua Olland iştirak edib.

Qeyd edək ki, səlahiyyət müddəti başa çatmaqda olan Barak Obama sonuncu dəfə Avropaya səfərə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR