Külək güclənəcək, temperatur 5-7 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Külək güclənəcək, temperatur 5-7 dərəcə düşəcək - <span style="color: red;">XƏBƏRDARLIQ
# 25 may 2018 11:35 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.

Departamentdən APA-ya bildirilib ki, mayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR