"Nardaran işi"ndə təqsirləndirilən 12 nəfərin işi üzrə məhkəmənin başlama vaxtı məlum olub

"Nardaran işi"ndə təqsirləndirilən 12 nəfərin işi üzrə məhkəmənin başlama vaxtı məlum olub
# 08 dekabr 2016 06:38 (UTC +04:00)

Nardaran işi üzrə təqsirləndirilən 12 nəfərin işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.

APA-nın məlumatına görə, iş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 20-nə təyin edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mail Bayramovun sədrliyi ilə baxılacaq.


İş üzrə təqsirləndirilən Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR