Hindistan prezidentinin olduğu təyyarədə texniki nasazlıq yaranıb

Hindistan prezidentinin olduğu təyyarədə texniki nasazlıq yaranıb
# 06 dekabr 2016 10:57 (UTC +04:00)

Göyərtəsində Hindistan prezidenti Pranab Kumar Mukercinin olduğu təyyarə texniki nasazlığa görə paytaxt Dehliyə qayıtmalı olub.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, ölkənin hərbi-hava qüvvələrinə məxsus təyyarə daxili uçuş həyata keçirmək istəyib.

Nasazlıq barədə məlumat verilməsə də, Hindistan prezidentinin digər təyyarədən istifadə edəcəyi bildirilir.

Qeyd edək ki, bu son zamanlar göyərtəsində dövlət və hökumət başçıların olduğu təyyarələrin nasazlıqla qarşılaşdığı birinci hal deyil. Oktyabr ayında Belçika paytaxtı Brüsselə uçan Kanada baş naziri Castin Trüdo analoji halla üzləşib. Kanadanın hökumət başçısının təyyarəsi Ottavaya qayıtmalı olub.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR