"S&P" Türkiyənin reytinqini "B+" səviyyəsində təsdiqləyib

"S&P" Türkiyənin reytinqini "B+" səviyyəsində təsdiqləyib
# 03 fevral 2020 11:07 (UTC +04:00)

"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "B+" səviyyəsində təsdiqləyib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, ölkənin reytinq üzrə proqnozu sabit olaraq müəyyən edilib. "S&P" Türkiyənin yerli valyutada uzunmüddətli reytinqini "BB-" səviyyəsində saxlayıb, hər iki valyutada olan qısamüddətli reytinqini isə "B" səviyyəsində təsdiqləyib.

Agentlik həmçinin qeyd edib ki, hökumət ölkədəki banklara və iqtisadiyyata inamı gücləndirəcək etibarlı və şəffaf iqtisadi yenidən qurulma proqramı hazırlayıb həyata keçirsə, reytinqin yüksəldilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR