“Sauthempton”un yeni baş məşqçisi məlum olub

“Sauthempton”un yeni baş məşqçisi məlum olub
# 15 mart 2018 03:30 (UTC +04:00)

Mark Hyuz İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisi təyin edilib.

APA-nın klubun saytına istinadən verdiyi xəbərə görə, 54 yaşlı uelsli mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, martın 12-də istefaya göndərilən argentinalı Maurusio Pelleqrinonu əvəzləyib.

Bu ilin yanvarında “Stok Siti” klubu M.Hyuzu istefaya göndərmişdi. “Sauthempton” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 30 oyundan sonra cəmi 28 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Mark Hyuz karyerası ərzində “Blekbern”, “Mançester Siti”, “Fulhem”, “Kuinz Park Rencers” və “Stok Siti” komandalarına başçılıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR