Azərbaycan Qətərlə investisiyaların təşviqi fondları yarada bilər

Azərbaycan Qətərlə investisiyaların təşviqi fondları yarada bilər
# 31 yanvar 2017 09:19 (UTC +04:00)

“Azərbaycanın üzləşdiyi problemlərlə əlaqədar öz dəstəyimizi ifadə edirik”.

APA-nın məlumatına görə, bunu Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Qətər-Azərbaycan hökumətlərarası komissiyasının bu gün nəzərdə tutulan iclasında iqtisadi əlaqələrin inkişafı müzakirə ediləcək: "İnvestisiyaların təşviqi üçün fondların yaradılması fikri müzakirə olunur. Biz inanırıq ki, mədəniyyət sahəsindəki əməkdaşlıq da əlaqələri gücləndirəcək. Hətta ilin bu fəslində Qətər vətəndaşları Azərbaycana səfər edir. Tələbə mübadiləsi məsələsinə də toxunduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR