Bakıda liftdə qalan 1 nəfər xilas edilib

Bakıda liftdə qalan 1 nəfər xilas edilib
# 02 yanvar 2018 08:16 (UTC +04:00)

Bakıda 1 nəfər liftdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa liftdən çıxmağa kömək ediblər. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR