Möhkəmlənən dollar və OPEC nefti ucuzlaşdırır

Möhkəmlənən dollar və OPEC nefti ucuzlaşdırır
# 13 oktyabr 2016 05:34 (UTC +04:00)

Bakı - APA -Economics. Dünya bazarında neft ucuzlaşıb.

& APA -Economics& xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar azalaraq 49,72 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,40 dollar azalaraq 51,41 dollar olub.

Neftin ucuzlaşmasına bir neçə amil təsir edir. Belə ki, OPEC-ə üzv olan ölkələrin sentyabr ayında orta sutkalıq neft hasilatı 30 mln. barrel səviyyəsində təyin olunmuş kvotanı aşıb. Sentyabr ayında kartel ölkələri sutkada 33,39 mln. barrel neft hasil edib ki, bu da avqust ayının göstəricisindən 22 min barrel çoxdur. Düzdür, OPEC avqustda da kvotaya riayət etməyib.

Bundan başqa, möhkəmlənən dollar neftin ucuzlaşmasına təkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR