"Saytların dil mənzərəsi" mövzusunda dəyirmi masa keçirilib

"Saytların dil mənzərəsi" mövzusunda dəyirmi masa keçirilib
# 18 yanvar 2017 12:07 (UTC +04:00)

Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Saytların dil mənzərəsi" mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə dilçi-alimlər, sayt rəhbərləri iştirak ediblər.

Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov bildirib ki, bu gün əksər saytlarda Azərbaycan ədəbi dil qaydaları pozulur: "Saytlarda dil normaları pozulur, əlifbamızda olmayan hərflər yazı prosesində müşahidə olunur".

Ş. Məmmədov qeyd edib ki, əsas etibarilə AzərTAC və APA informasiya agentliklərində ədəbi dil qaydalarına riayət olunur. O əlavə edib ki, telekanallarda ədəbi dil qaydalarının pozulması halları azalıb.

Dilçilik İnstitutunun direktorunun müavini Baba Məhərrəmli bildirib ki, transliterasiya qaydaları ilə bağlı ciddi problemlər var: "Biz bu qaydaları hazırlayırıq. Transliterasiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır".

Tədbirdə daha sonra sayt rəhbərləri çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR