Qazaxda üzərinə oğurluq dövlət qeydiyyat nömrə-nişanı vurulmuş avtomobil saxlanılıb

Qazaxda üzərinə oğurluq dövlət qeydiyyat nömrə-nişanı vurulmuş avtomobil saxlanılıb
# 31 oktyabr 2016 09:21 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Abşeron rayon sakini Rahib Cəbrayılova məxsus "Mercedes" markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nömrə nişanı vurulmuş "Hyundai" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avtomobilin sürücüsü - Bakı şəhər sakini Elman Novruzov avtomobillə birlikdə Qazax Rayon Polis Şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR