Norveç şirkəti AÇG və “Şahdəniz” yatağında sualtı yoxlama və obyektlərin təmirinə cəlb olunub

Norveç şirkəti AÇG və “Şahdəniz” yatağında sualtı yoxlama və obyektlərin təmirinə cəlb olunub
# 12 mart 2018 14:47 (UTC +04:00)

Norveçin “Subsea 7 SA” neft şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və “Şahdəniz” yatağında sualtı yoxlama, təmir və obyektlərin texniki xidməti üzrə “BP Exploration” şirkətinin podratçısı olub.

APA-Economics”in məlumatına görə, bu barədə “Subsea 7 SA” saytına istinadən məlumat verilib.

Məlumata görə, beşillik müqavilə çərçivəsində işlərə 2018-ci ilin mart ayında start veriləcək. Müqavilənin dəyəri 150 mln. ABŞ dollarından 300 mln. dollara qədər dəyişir.

“Subsea 7 SA”-nın məlumatında deyilir ki, müqavilə Norveç şirkəti tərəfindən sualtı məsafədən idarə edilən aparatların (ROV) işini təmin edən gəmi ilə təchizatı nəzərdə tutur. Gəminin fəaliyyəti layihənin idarə etmə qrupu və Bakıda sahildə yerləşən mühəndislər qrupu tərəfindən dəstəklənəcək.

Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 30,37%), SOCAR (25,00%), “Chevron” (9,57), “İnpex” (9,31%), “Statoil” (7,27), “ExxonMobil” (6,79%), TPAO (5,73), “İtochu” (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%) şirkətlərinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR