Xaçmaz sakini qidadan zəhərlənərək ölüb

Xaçmaz sakini qidadan zəhərlənərək ölüb
# 08 noyabr 2017 06:58 (UTC +04:00)

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın Müqtədir qəsəbə sakini, 1982-ci il təvəllüdlü Bəşirov Vüsal Seyidxan oğlu qidadan zəhərlənib. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, V. Bəşirov evlərində yediyi yeməkdən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR