"Sağlamlıq turizmi baxımından Naftalan şəhərinin turistlər üçün necə əlçatan olması ilə bağlı plan hazırlanıb".
APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.
Onun sözlərinə görə, gələn il bu planın həyata keçirilməsi ilə məşğul olacağıq:
"Hazırda Naftalana ildə 36 min turist gəlir. Görülən işlərin nəticəsində yaxın illərdə Naftalana gələn turistlərin sayını il ərzində 60 minə çatdırmağı nəzərdə tuturuq".