Siyəzəndə Ağsu və İmişli rayon sakinlərindən külli miqdarda narkotik götürülüb

Siyəzəndə Ağsu və İmişli rayon sakinlərindən külli miqdarda narkotik götürülüb
# 28 oktyabr 2016 11:06 (UTC +04:00)


Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiy tədbirlər zamanı Ağsu və İmişli rayon sakinlərindən külli miqdarda narkotik vasitə götürüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, əməliyyat istintaq tədbirləri zamanı İmişli rayon sakini Əliyev Allahverdi Məhəmməd oğlunun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin cibindən 1 ədəd bükülüdə 380 qram qurudulmuş marixuana aşkarlanıb. Narkotik vasitənin mənbəyini müəyyən etmək istiqamətində aparılan əməliyyat istintaq tədbirləri zamanı Ağsu rayon sakini İsgəndərov Pənah Əlihüseyn oğlunun yaşadığı evə baxış zamanı 95 ədəd kibrit qutusuna, 2 ədəd şüşə bankalara və 2 ədəd kapron qablara yerləşdirilmiş narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-nin istintaq və təhqiqat bölməsində cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb istintaq davam etdirilir. Hər iki şəxs şübhəli şəxs qismində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR