Samuxda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Samuxda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 14 yanvar 2017 20:55 (UTC +04:00)

Samuxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sərkar kəndinə gedən yolda qeydə alınıb. “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər, 1984-cü il təvəllüdlü Elməddin Məmmədov, 1978-ci il təvəllüdlü Bəxtiyar Məmmədov və onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Natiqə Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Gəncədə olan xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR