Samuxda avtomobil piyadanı vuraraq öldürüb

Samuxda avtomobil piyadanı vuraraq öldürüb
# 08 dekabr 2016 09:11 (UTC +04:00)

Samuxda naməlum avtomobil kimliyi məlum olmayan kişini vuraraq öldürüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Gəncədən Samuxun Qarayeri qəsəbəsinə gedən yolda baş verib.

Naməlum avtomobil təxminən 55-60 yaşlarında olan kişini vuraraq öldürüb. Hazırda Samux rayon Polis Şöbəsində ölən şəxsin kimliyinin və onu vuran avtomobilin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR