Abşeron polisi yeni tikilən evlərdən oğurluq edən şəxsləri yaxalayıb

Abşeron polisi yeni tikilən evlərdən oğurluq edən şəxsləri yaxalayıb
# 12 mart 2019 01:40 (UTC +04:00)

Abşeron rayonunun Fatmayi kəndində evlərdən oğurluq edən usta saxlanılıb.

ONA-nın məlumatına görə, ev sahibi oğurluq edilməsi ilə bağlı polisə müracət edib.

Abşeron polisinin apardığı araşdırmalar nəticəsində yeni tikilən evdən orada usta işləyən 39 yaşlı Məmməd Əliyevin və onun 36 yaşlı dostu Natiq Şükürovun oğurluq etdiyi müəyyən olunub və dostlar saxlanılıb.

Məlum olub ki, dostlar Abşeron rayonunda 5 mənzili soyub və əldə etdikləri əşyaları satıblar. İstintaqa ifadə verən zaman saxlanılan şəxslər günahlarını etiraf ediblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR