Şamaxıda doğuş zamanı ana ölümünün ilkin səbəbləri açıqlanıb - YENİLƏNİB

Şamaxıda doğuş zamanı ana ölümünün ilkin səbəbləri açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 17 noyabr 2016 11:42 (UTC +04:00)

Şamaxı rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbləri açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

Ərçiman kənd sakini, 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib.

Doğuşu qəbul edən mama-ginekoloq Nəzakət Abdulrazaqova APA-ya bildirib ki, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb.

Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb.

Bu, qadının ilk hamiləliyi olub.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

***

14:28

Bu gün Şamaxı rayonunda ana ölümü qeydə alınıb. APA-nın xəbərinə görə, hadisə ötən gecə baş verib.

Artıq hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya gedəcək və ölümün səbəbləri yerində araşdırılacaq.

Ana ölümünün dəqiq səbəbləri Doğuşayardım Komissiyasının araşdırmalarından sonra məlum olacaq və bu barədə ictimaiyyətə açıqlanacaq.

Könül Kamilqızı, Elvin Yaqubov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR