Braziliyanın sabiq prezidenti həbsxanaya aparılıb

Braziliyanın sabiq prezidenti həbsxanaya aparılıb
# 08 aprel 2018 09:13 (UTC +04:00)

Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün şənbə günü axşam təyyarə ilə Kuritiba şəhərinə aparılıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sabiq prezidentin həbsinə etiraz edənlərlə federal polis qüvvələri arasında baş verən toqquşmada 8 nəfər yaralanıb.

2003-2011-ci illərdə Braziliya prezidenti olan Luis İnasio Lula Da Silva korrupsiyada təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR