Bu il Azərbaycandan Gürcüstana 10,1 mln. dollar köçürülüb

Bu il Azərbaycandan Gürcüstana 10,1 mln. dollar köçürülüb
# 15 sentyabr 2017 11:14 (UTC +04:00)

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 10,142 mln. dollardan çox pul köçürülüb.


APA-nın Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% çoxdur.

Cari ilin yalnız avqust ayında Azərbaycandan qonşu ölkəyə təxminən 1,3 mln. dollar pul köçürülüb. Ötən ay Gürcüstana ümumilikdə 121,8 mln. dollar köçürülüb ki, bu da 2016-cı ilin avqust ayı ilə müqayisədə 15,1% çoxdur.

2017-ci ilin ilk 8 ayı ərzində xarici ölkələrdən Gürcüstana pul köçürmələrinin ümumi həcmi təxminən 872 mln. dollar təşkil edib. Pul köçürmələrinin həcminə görə Rusiya birinci yeri saxlamaqdadır. Qeyd olunan dövrdə bu ölkədən Gürcüstana pul köçürmələrinin həcmi təxminən 291 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR