Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas edilib
# 11 avqust 2017 17:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 18:23-də başa çatıb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR